Qadin.NET / Dırnaq uzatmağa icazə verilirmi?

Dırnaq uzatmağa icazə verilirmi?

 

Dırnaq uzatmaq kişiyə yaraşan hərəkət deyil, amma qadınlar üçün icazəlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) kişilərə tapşırırdı ki, dırnaqlarını qısaltsınlar. Qadınlara isə buyururdu ki, dırnaqlarınızı uzun saxlayın; bu, sizin üçün bəzəkdir (Əl-Kafi, VI, 491-492). Kişinin özünə bəzək vurması eyib olduğu üçün, uzun dırnaq saxlaması da məsləhət deyil. Milli.Az İslam.az-a istinadən bildirir ki, dırnaq saxlayan qadınlar ona qulluq etməyi də bacarmalıdırlar. Gərək təmizliyə riayət olunsun, dırnaqların altında kir yığılmasın. Həmçinin, dırnaq o qədər uzun olmasın ki, dəstəmaz alan zaman barmağın tam islanmasına maneçilik törətsin. Buna görə də, qadınların öz dırnaqlarını həddən artıq uzatmaması tövsiyə edilir.
Mənbə: Milli.Az

 

27 sentyabr 2013
GO BACK