Qadin.NET / PDF yeniləndi

PDF yeniləndi

 

ABBYY şirkəti PDF sənədlərlə işləmək üçün nəzərdə tutulmuş PDF Transformer proqramının yeni versiyasını (PDF Transformer+) təqdim edib. Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlki versiyalardan fərqli olaraq, PDF Transformer+ səhvləri düzəltməyə, mətni redaktə etməyə və şəkilləri PDF sənədə yerləşdirməyə, həmçinin şəkillərdən PDF sənəd yaratmağa imkan verir.
Proqrama quraşdırılmış optik tanıyıcı skan edilmiş sənədləri mətnə çevirəcək. Proqram PDF faylı Word, Excel, PowerPoint, HTML və başqa formatlara çevirə bilir. Qeyd edək ki, PDF Transformer+ yalnız Windows əməliyyat sistemində işləyir.
Mənbə: Milli.Az

 

27 sentyabr 2013
GO BACK