Qadin.NET / Qapıdan at nalı asmaqla evin ruzisi artarmı?

Qapıdan at nalı asmaqla evin ruzisi artarmı?

 

Milli.Az İslam.az-a istinadən bildirir ki, bunlar xurafat və mövhumatdır. Evin qapısından at nalı asmaqla ruzi çoxalmaz, qaratikan axmaqla bədnəzər götürülməz. At nalının xeyir gətirdiyinə inam İslamdan əvvəlki dövrlərdə türk xalqlarında olub. Türklər atı mübarək heyvan sayırdılar. Ərəblərin həyatında dəvə hansı rolu oynayırsa, türklər üçün də at o demək idi.
Ona görə də, qədim türklər at nalının uğurlu olduğuna inanırdılar. Amma bu, dediyimiz kimi, xurafatdır və İslamla heç bir əlaqəsi yoxdur.
Mənbə: Milli.Az

 

26 sentyabr 2013
GO BACK