Qadin.NET / Azərbaycanda ödəmə terminallarında bank kartlarından istifadə mümkün olacaq

Azərbaycanda ödəmə terminallarında bank kartlarından istifadə mümkün olacaq

 

Azərbaycan ödəmə şirkəti "Komtec" (MilliÖN ticarət nişanı) bank kartlarının köməyi ilə ödəmə sistemini işə salır. Bu barədə cümə axşamı Trend-ə açıqlamasında şirkətin icraçı direktoru Söhrab Fərhadov bildirib. S.Fərhadovun sözlərinə görə, xidmətlərə görə "MilliÖN" terminalları ilə kartlar vasitəsilə ödənişdən yaxın vaxtlarda istifadə etmək mümkün olacaq: "Hazırda respublika əhalisinin 56 faizində əməkhaqqı, pensiya və digər bank kartları var, lakin onların 6-7 faizi bu kartlardan aktiv şəkildə istifadə edir. Kart sahibləri bizim terminallarda kommunal xidmətlərə görə ödəniş etmək üçün vəsaitlərini bankomatlarda nağdlaşdırırlar". Beləliklə, yeni sistem abonentlərə nağdlaşdırmaya ehtiyac olmadan ödənişləri bilavasitə terminallar vasitəsilə həyata keçirməyə imkan verəcək. Yeniliyin üstünlüyü nağdsız ödənişlərin stimullaşdırılması ilə nəticələnir, çünki sistem avtomatik olaraq məbləği kartın balansından xidmətin ödənilməsinə keçirir.

 

Mənbə: Trend.az

26 sentyabr 2013
GO BACK