Bolqarıstan milli komandasının və “Ludoqorets” klubunun futbolçusu Yordan Minev bütün yarışlardan 30 günədək kənarlaşdırılıb. Lent.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, Minev qadağan olunmuş preparatlardan istifadədə günahlandırılır. Malta ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra onun qanından dopinq aşkarlanıb. FİFA araşdırma yekunlaşanadək onun bütün yarışlarda iştirakına qadağa qoyub. Bu səbəbdən, Minev oktyabrın 11-də Ermənistan və oktyabrın 15-də Çexiya ilə son seçmə oyunlarda komandasına kömək edə bilməyəcək.
Mənbə: Lent.az