Qadin.NET / Dell biznesdən uzaqlaşmayacaq

Dell biznesdən uzaqlaşmayacaq

 

ABŞ-ın Dell korporasiyası kompüter biznesini qorumaqla səhmlərin özəl şəxslərə satılmasına baxmayaraq kənar şirkətlərin satın alınması ilə bağlı strategiyaya sadiq qalacaq. Bu barədə şirkətin top-meneceri bildirib. Özəl şirkətə çevrilən Dell mövcud olduğu ilk gündən onun üçün xarakterik olan sahibkarlıq ruhunu bərpa edə biləcək, - şirkətin təsisçisi və baş direktoruMaykl Dell bu fikirdədir. 
Onun sözlərinə görə, yeni texnologiya və məhsulların alınmasına vəsaitlərin qoyuluşu davam etdiriləcək, satış sahəsindəki işçi heyətin tərkibi genişləndiriləcək, tərəfdaş proqramların sayı artırılacaq, bunun sayəsində isə şirkət inkişaf etməkdə olan bazarlarda öz mövqeyini möhkəmləndirə biləcək. 
Biz korporativ həllər və servislər sahəsində nəhəng R&D investisiyaları qoruyub saxlayacağıq. Bu sözlər heç vəchlə şirkətin kompüter biznesini tərk etməsi kimi başa düşülməməlidir, - Dellin maliyyə direktoru Brayan Qladden qeyd edib. 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin sentyabr ayının ortalarında Dellin səhmdarları Maykl Dell və Silver Lake Partners investisiya şirkəti tərəfindən qiymətli kağızların satın alınması şərtlərini təsdiqləyiblər. Şərtlərə əsasən Maykl Dell və Silver Lake Partners bir səhm üçün 13,75 dollar və 13 sent məbləğində xüsusi divident ödəyəcəklər. Başa çatması noyabrın 1-də gözlənilən Dellin özəlləşdirilməsi üzrə sövdələşmənin dəyəri ümumilikdə 24,9 milyard dollar qiymətləndirilir.
Mənbə: Milli.Az

 

26 sentyabr 2013
GO BACK