O necə sağ qaldı? Qəzanı görənlər bu sualı verirlər. Çünki belə vəziyyətdə sağ qalmaq mümkün deyildi. Amma o, ölümdən qurtuldu.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin Szyansu vilayətindəki Çjançjian şəhərindəki yollardan birində ağır tonnajlı yük maşını konteyner daşıyırdı.
Maşın qəflətən sürətlənərək döngədən keçmək istəyəndə konteyner aşıb.
Aşan konteyner yük maşınının yanı ilə hərəkət edən minik avtomobilinin üstünə düşüb.
Nissan markalı avtomobil ağır konteynerin altında əzilib.
Hadisə yerinə gəlmiş polislər sürücünün sağ qaldığını düşünmürdülər.
Çünki belə vəziyyətdə, maşını əzib xurd-xəşil etmiş konteynerin altında sağ qalmaq mümkün deyildi.
Lakin polislər maşından inilti səsi eşidiblər.
Olay yerinə dərhal qaldırıcı kran çağırılıb və narıncı rəngli yük konteyneri qaldırılıb.
Nissan-ın sükanı arxasında qadın vardı və o, sağdı.
Maraqlı olan da bu idi ki, qadında ağır travma və yara yoxdu.
Maşının sahibəsi təcili yardımla xəstəxanaya aparılıb.
Mənbə :Milli.Az