Qadin.NET / On il ərzində Azərbaycan EITI-in inkişafına öz töhfəsini verib

On il ərzində Azərbaycan EITI-in inkişafına öz töhfəsini verib

 

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Azərbaycanın təşəbbüsə qoşulmasının on illiyinə həsr olunan konfransın gedişi zamanı EITI Beynəlxalq katibliyinin rəhbəri Yonas Moberq bildirib.
Moberqin sözlərinə görə, təşəbbüsün əsas hədəfi mədən sənayesi layihələrinin reallaşdırılmasından əldə olunan gəlirlər barədə məlumatların cəmiyyət üçün əlçatan olması və şəffaflığın təmin edilməsidir: "Bu istiqamətdə Azərbaycan təşəbbüsün inkişafına öz töhfəsini verib".
Öz çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümov ötən on il ərzində Azərbaycanın uğurlarından danışıb və təşəbbüsün sonrakı onilliklər ərzində inkişafının uğurlu olacağına dair əminliyini bildirib.
Onun fikrincə, təşəbbüs çərçivəsində yeni standartlar daha çox şəffaflığın təmin olunmasına və mədən sənayesi layihələri çərçivəsində daha ətraflı və lazımlı informasiya verməsinə imkan verir.

Mənbə: Milli.Az

26 sentyabr 2013
GO BACK