Qadin.NET / Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

 

Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərinə, o cümlədən Abşeron rayonunun bəzi yerlərində qısamüddətli yağış yağacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər saatlarında Lənkəran-Astara zonasında şişmək çaxacaq, qısamüddətli yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. Sentyabrın 26-dan 29-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü xəzri və gilavar küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 Mənbə: Trend.Az

26 sentyabr 2013
GO BACK