Qadin.NET / Yer kürəsinin əkizi tapıldı

Yer kürəsinin əkizi tapıldı

 

 

Yarandığı ilk milyon illər ərzində Yer kürəsinin xarici görünüşü və strukturu Yupiter planetinin peyki İodan fərqlənməyib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu planetin səthi vulkanlarla örtülüb və bu vulkanlar rekord saylı istilik çıxarır.  Kifayət qədər uzun müddət ərzində hesab olunub ki, mövcudluğunun ilk milyon illəri ərzində Yer kürəsinin səthi indikindən çox isti olub. Qədim qar süxurlarının analizi göstərdi ki, bu heç də belə deyil. Yerin litosferinin üst təbəqəsi elə indiki kimi "soyuq" olub. Bu geoloji tapmaca və ya belə adlandırmaq mümkündürsə, "axey paradoksu" hələ dəqiq həllini tapmayıb.  ABŞ-ın Hempton Universitetinin alimi Vilyam Mur və Luiziana Universitetinin alimi Aleksandr Uebb bu paradoksun izahını Günəş sistemindəki ən isti planet olan İoda axtarıblar. Yupiter, eləcə də qonşu peyklər olan Avropa və Qanimedin təsiri nəticəsində İonun nüvəsi qızır və vulkanlar yaranır. İonun nüvəsi müasir Yer planetinin nüvəsindən 40 dəfə artıq istilik ixrac edir. Bununla belə Yerin nüvəsi İonun nüvəsindən daha istidir. İonun litosferini araşdırdıqdan sonra anlayıblar ki, vulkanlar vasitəsi ilə istilik kənara çıxır. Tədqiqatçılar bu "sistemi" kompüter modeli vasitəsi ilə Yerə köçürüblər. Onların hesablamalarına görə, Yerin "mərkəzi isinmə sistemi" 3,5 milyard il ərzində effektiv işləyib və nüvənin soyuq qalmasına xidmət edib. Eyni ssenari Yer kürəsində də İoda olduğu kimi işləyib. 

Mənbə: Milli.Az

26 sentyabr 2013
GO BACK