Qadin.NET / UEFA yığmamızın potensial rəqiblərini açıqladı

UEFA yığmamızın potensial rəqiblərini açıqladı

 

 

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oktyabrın 4-də atılacaq püşkü ərəfəsində UEFA iştirakçıları səbətlərə bölüb. Apasport.az saytının məlumatına görə, gələn il Belçikada keçiriləcək yarışda çıxış edəcək Azərbaycan millisi 2-ci səbətdə qərarlaşıb. Yığmamız burada Portuqaliya, Çexiya və Ukrayna ilə bir səbətdə yer alıb. Ən güclülərin qərarlaşdığı ilk səbətdə isə son çempion İspaniya, İtaliya və Rusiya yığmalarıdır. 3-cü səbətə isə Xorvatiya, Rumıniya, Sloveniya və Hollandiya milliləri düşüb. Meydan sahibi Belçika isə artıq püşkatmasız A qrupunun 1-ci komandası kimi yerini alıb Qeyd edək ki, Avropa çempionatında komandalar 4 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutan yığmalar 1/4 finala yüksələcək. 

Mənbə: Milli.Az

26 sentyabr 2013
GO BACK