Qadin.NET / Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib

Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib

 

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) Trend-ə verilən məlumata görə, "Avronest" PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, AP seçkiləri müşahidə missiyasının Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qrupunun hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarət tərkibi müəyyənləşib. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italiyalı parlamentari Pino Arlaki təyin edilib.

Mənbə: Milli.Az

26 sentyabr 2013
GO BACK