Qadin.NET / Teleaparıcı efirdə pərt oldu

Teleaparıcı efirdə pərt oldu

 

Teleaparıcı efirdə pərt oldu

Teleaparıcı yeni sərgi barədə danışırdı və bu dəm meymun onun sinəsindən yapışdı. Pərtliyini gizlətməyə çalışan aparıcı güldü və sanki heç nə olmamış kimi, reportaja davam etdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-dakı Fox40 telekanalının reportyoru, habelə həftəsonu verilişinin aparıcısı Sabrina Rodriges Lodi Grape Festival-dan reportaj verirdi.
Bu zaman arxadakı babuin meymunu teleaparıcıya yaxınlaşdı və sağ əli ilə qadının sinəsindən yapışdı.
Rodrigesin bütün səylərinə rəğmən meymun pəncəsini qadının sinəsindən çəkməyib.
"Bizə qoşulun, festivala gəlin və onda anlayacaqsınız ki, babuinlər üzümü niyə sevirlər", - gülümsəyən Sabina Rodriges deyib.
Mənbə: Milli.Az
26 sentyabr 2013
GO BACK