Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-19°, gündüz 19-24° isti, Bakıda gecə 17-19°, gündüz 22-24° isti olacaq.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 10-15°, gündüz 24-29° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 16-21° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 21-26° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 15-18°, gündüz 23-28° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az