Qadin.NET / Əqiqə nə deməkdir?

Əqiqə nə deməkdir?

 

Əqiqə - ailədə uşaq doğularkən onun adına qurbanlıq kəsilən heyvana deyilir. Əqiqə qurbanını doğumun ilk həftəsində, uşağa ad qoyduqdan sonra kəsmək müstəhəbdir. Həzrət Mühəmməd Pey-ğəmbər (s) öz nəvələri İmam Həsənlə İmam Hüseynin (ə) doğumunun yeddinci günündə onlardan ötrü əqiqə qurbanı kəsmişdi. Milli.Az İslam.az-a istinadən bildirir ki, Əqiqə heyvanının erkək olması məsləhətdir. Bəzi rəvayətlərə görə, oğlan uşağı üçün erkək heyvan, qız uşağı üçün dişi heyvan kəsərlər. Şafii məzhəbinə əsasən, oğlan uşağından ötrü iki, qız uşağından ötrü bir heyvan kəsilməsi daha yaxşıdır.
Amma digər əhli-sünnə məzhəblərində, eləcə də cəfəri şəriətində say fərqi qoyulmayıb. Cəfəri məzhəbinə əsasən, əqiqə heyvanının əti qohum-qonşuya, ehtiyaclılara paylanır, uşağın valideynləri bu ətdən pay götürə bilməzlər. Ətin bir hissəsi uşağın doğuluşunda iştırak etmiş həkimə (mamaçaya) verilir.
Əhli-sünnənin əqidəsincə, ətdən uşağın valideynləri də pay götürə bilərlər. Əhli-sünnə məzhəbində heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət görülmür, sadəcə sümükləri bir-birindən ayırmaq yolu ilə əti hissələrə bölürlər. Həmçinin ətdən ayrılmış sümükləri toplayıb torpağa basdırmaq da məsləhət bilinir.
Mənbə: Milli.Az
26 sentyabr 2013
GO BACK