Qadin.NET / Gəncə parkları abadlaşdırılır

Gəncə parkları abadlaşdırılır

 

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhərində aparılan təmir və quruculuq işləri çərçivəsində parklar da abadlaşdırılır. Gəncənin ən böyük istirahət guşəsi olan Heydər Əliyev adına parkda işlər tamamlanmaq üzrədir. Gülüstan yaşayış massivində yerləşən İstiqlal, Əziz Əliyev və Mirzə Şəfi Vazeh adına parkların abadlaşdırılması isə davam edir. İstirahət məkanlarında əhalinin rahatlığı üçün lazımi şərait yaradılır. Parkların bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Gəncə şəhərinin baş memarı Əli Rüstəmli: “Parklarda, əsasən, Gəncə memarlığına uyğun olan tağ bəndlərdən, ətraf hasarlarda daşlardan hörülmüş naxışlardan, gül bağı daşlarından, kərpicə oxşar materialdan istifadə olunub. Bu da Gəncənin qədimliyini Gəncənin müasirliyi ilə əlaqələndirir”.
Mənbə: Milli.Az
25 sentyabr 2013
GO BACK