Nokia şirkəti oktyabrın 22-də Əbu-Dabidə növbəti Nokia World sammitini keçirəcək. Şirkətdəki mənbələr bildirib ki, şirkət qarşıdakı Nokia World çərçivəsində ehtimal ki, Lumia-nın böyük ekranla təchiz edilmiş yeni smartfonunu (kod adı Bandit) təqdim edəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Bandit kod adına malik smartfonun ekranının 6 düymlük sensor ekran ilə təchiz ediləcəyi və Windows Phone 8 əməliyyat sistemi ilə işləyəcəyi gözlənilir.
Mənbə: Milli.Az