Gürcüstanın İmeretiya bölgəsindəki Çiatura şaxtaçılar şəhəridir. Orada hələ sovet dövründən qalma kanat yolları var və çiaturalılar bu kanat yollarından indi də istifadə edirlər. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, XX əsrin əvvəllərində Çiatura yaxınlığında marqans mədənləri istismar oulnmağa başlayıb. 1950-ci illərdə isə şəhərin müxtəlif yerlərini birləşdirən kanat yollarının çəkilişinə başlanıb. İndi bu kanat yollarının istisnasız olaraq hamısı köhnəlib, vaqonlar paslanıb. Kanat yolları şəbəkəsində isə sadəcə 17 yol işləyir. Fotoqraf Amos Çeppl Çiaturada olaraq kanat yollarının fotolarını çəkib. Kanat kabinələrində əyləc sistemi olmadığından hərəkət çox təhlükəli, risklidir.
Mənbə:Milli.Az