Qadin.NET / Orta məktəblərdə daha bir yoxlama

Orta məktəblərdə daha bir yoxlama

 

 

Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində orta məktəblərdə "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi vəziyyətinin monitorinqini aparacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, monitorinqlər nəticəsində təkliflər hazırlanacaq. Orta məktəblərdə "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin səmərəli tədrisinin təmin olunması üçün bır sıra tədbirlər də müəyyənləşdirilib. Həmin tədbirlərə uyğun olaraq, bu dərs ili ərzində məktəblərin hərbi hissələrlə əməkdaşlığı gücləndiriləcək, şagirdlərin hərbi xidmət həyatı ilə tanış olmalarına hərtərəfli şərait yaradılacaq.
Bundan əlavə, "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən müəllimlər ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb ediləcək. Bütün tam orta məktəblərdə, bir qayda olaraq, hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, fənnin tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaq nəzərdə tutulur.

Mənbə: Milli.Az

25 sentyabr 2013
GO BACK