Qadin.NET / Ali məktəb müəllimlərinin əməyi maddi və mənəvi cəhətdən fərqli qiymətləndiriləcək

Ali məktəb müəllimlərinin əməyi maddi və mənəvi cəhətdən fərqli qiymətləndiriləcək

 

Azərbaycan ali məktəblərində çalışan müəllimlər öz əməyinin nəticəsinə uyğun olaraq, maddi və mənəvi cəhətdən fərqli qiymətləndiriləcəklər.  Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ali təhsil müəssisələrində müəllim vəzifəsinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə dövri mətbuatda elan olunur. Müsabiqə zamanı müraciət edən hər bir kəs, o cümlədən magistrlər üçün bərabər şərait yaradılır. Nazirlikdən əlavə edilib ki, magistrlərin işə qəbulu zamanı heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmayıb: "Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək. Belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaq"

Mənbə: Milli.Az

25 sentyabr 2013
GO BACK