Qadin.NET / Qəhvənin zərərləri.

Qəhvənin zərərləri.

 

Qəhvə faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Qəhvənin tərkibindəki kofein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, ürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir. Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur. Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklər törədir. Bu cür xəstələrin qəhvədən çox istifadə etməsi narahatlıqların daha da artmasına və pisləşməsinə səbəb olur. Çünki, qəhvə mədəni qıcıqlandırır və mədə turşu ifraz etməyə başlayır. Miqrenlə qəhvə isə düşməndirlər. Qəhvənin tərkibindəki qarışıqlar beyində olan hüceyrələrə təsir edir və miqren ağrıları yaradır. Qəhvənin tərkibindəki kofein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldı.

Mənbə: Milli.Az

25 sentyabr 2013
GO BACK