Azərbaycan idmançısı Yevgeni Lazuka 3-cü İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarında gümüş medal qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatına görə, Azərbaycan idmançısı Yevgeni Lazuka baterflyay üsulla 50 metr məsafəyə üzmədə 24.61 saniyə nəticə ilə gümüş medal qazanıb.
Bu 24 yaşlı idmançının Azərbaycan bayrağı altında qazandığı ilk uğurudur. Belarus yığmasının heyətində isə yeniyetmələr arasında Avropa və dünya çempionu olub.
Qeyd edək ki, London olimpiadasında ölkəmizin şərəfini qorumuş Y.Lazuka bildirib ki, bu il avqustda Barselonada keçirilmiş dünya çempionatında bundan da yüksək nəticə göstərmişdi - 24.14 saniyə.
İdmançımız sabah 3-cü İslam Oyunlarında ikinci medalını qazana bilər. Bunun üçün batterflyay üsulla 100 metr məsafəyə ən tez üzən 3 nəfərdə biri olmalıdır.
Sentyabrın 25-də isə Y.Lazuka sərbəst üsulla 50 metr məsafəyə uzəcək.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az