Qadin.NET / 1ər 39 arvad 94 övlad 45 nəvə.

1ər 39 arvad 94 övlad 45 nəvə.

 

1ər 39 arvad 94 övlad 45 nəvə.

69 yaşlı Siona Çana dünya rekordçusudur. O, dünyanın ən böyük ailəsinin başçısıdır.
Çananın 39 arvadı, 94 övladı, 17 gəlini, 45 nəvəsi var.
Onların hamısı Çananın 100 otaqlı evində yaşayırlar.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, nəhəngg ailənin evi Hindistanın şimalında, Himalay dağlarının ətəklərində yerləşən Mizoram bölgəsindəki Baktavanq kəndində, təpələrdən birindədir. Çana unikal ailəyə malik olsa da, dövlətdən heç bir imtiyaz və yardım istəməyib, indi də istəmir. "Belə ailəyə malik olduğum üçüm özümü yaxşı hiss edirəm. Hələ son deyil. Ola bilsin bundan sonra da arvad aldım", - 69 yaşlı Çana deyir.
Ailədə faktiki olaraq hərbi rejim var. Arvadların ən yaşlısı, 73 yaşlı Zatianqi evi idarə edir və arvadların yerdə qalanlarına, yəni günülərinə kimin nə işlə məşğul olacağı ilə bağlı göstərişlər verir. Çana ailəsinin özünün məktəbi, uşaq bağçası, oyun meydançaları, dülgər, mebel və dəmirçi sexləri, donuz ferması, quçşuluq təsərrüfatı, tarlaları və bostanları var. Ailənin sadəcə şam yeməyi üçün ən azı 30 toyuq, 60 kq kartof və 90 kq düyü gərəkdir. Bu ailə barədə iki il əvvəl yazmışdıq və həmin vaxtdan bəri ailədə dəyişikliklər var. Çana ailəsinin tarlaları daha da artıb, təsərrüfatı genişlənib, Ziona Çana əslən nepallıdır və poliqamiyanın, yəni çozxarvadlılığın adi hal sayıldığı sektanın rəhbəridir. Sektanın 4 min üzvü var. Sionanın oğullarından biri deyir ki, atası kənddəki yoxsul ailələrinin qızlarını alır və bu minvalla onların qayğısına qalır. Gələn həftə ABŞ-a, iki oğlunun yanına yollanan Siona Çana orada da evlənəcəyini istisna etmir.

Mənbə: Milli.Az

25 sentyabr 2013
GO BACK