Qadin.NET / Hava haqqında - 25.09.2013

Hava haqqında - 25.09.2013

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 15-19°, gündüz 23-28° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 55-60 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gündüz, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 11-16°, gündüz 22-27° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacaq.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur.

Temperaturun gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 17-22° isti olacaq.
Mənbə: Milli.Az
25 sentyabr 2013
GO BACK