Qadin.NET / Günün ulduz falı - 25.09.2013

Günün ulduz falı - 25.09.2013

Qoç - günün ilk yarısını illüziyalar zamanına çevirməyin.
Baş verənləri real dəyərləndirin, arzu olunanı gerçəklik kimi qələmə verməyin. Sadəlövh olmayın, düşmənlərlə bədxahların sizi aldatmasına imkan verməyin. Yalnız yaxşı tanıdığınız insanlara etibar edin.
Ümumiyyətlə, inam və etimadın qəliz məsələ olduğunu unutmayın.
Diqqəti işlərə yönəldin.
Təsir edə bilmədiyiniz işlər barədə çox düşünməyin.
Günün ikinci yarısında xoş, gözlənilməz hadisə yaşanacaq. Həmin olay yaxşılığa doğru ciddi dəyişikliklərin rəhnidir.
Axşam saatlarında rəğbət bəslədiyiniz insanlarla birlikdə olun.
 
Buğa - işgüzar danışıqlar, mühüm məsələlərin nəzərdən keçirilməsi üçün düşərli gündür.
Bu gün başlanacaq istənilən əməkdaşlığın yaxşı perspektivləri var. Təşəbbüskar olun. Yeni ideyanı reallaşdırmaq, işdə və ya evdə nəyisə yaxşılaşdırmaq olar.
Nə istədiyinizi dəqiqləşdirsəniz, irəliləyiş prosesi asanlaşar.
Yaxın ətrafınızdakı insanların davranışı sizi təəccübləndirə bilər.
Onların hərəkətlərinin motivlərini anlamaq asan deyil. Münaqişə istəmirsinizsə, kimsəni sərt tənqid etməyin.
 
Əkizlər - günün ilk yarısı o qədər də xoş deyil. Ciddi problemlər yaranmayacaq.
Baş verənləri ürəyinizə salmayın, kiçik və önəmsiz məsələlərə görə ifrat narahatlıq keçirməyin. Güclü həyəcan və stress səhhətin pisləşməsinə səbəb ola bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək.
Nikbinlik, qüvvə və imkanlarınıza inam hissləri bərpa olunacaq.
Dostlarla, habelə rəğbət bəslədiyiniz insanlarla ünsiyyət üçün yaxşı zamandır.
Əməkdaşlıq və ya birgə fəaliyyət məsələlərini müzakirə etmək, gələcəklə bağlı planlar qurmaq, səfərə və ya mühüm tədbirə hazırlaşmaq olar.
 
Xərçəng - təlaşa düşməyib rasional düşüncə ilə hərəkət etsəniz, bir çox problemləri asanlıqla həll edə bilərsiniz.
Ən çətin situasiyalarda ruh düşkünlüyünə qapılmayın. Lider məziyyətlərinizi nümayiş etdirin və bunu nüfuzlu insanlar da görəcəklər. İşdə maaşın artırılması və ya vəzifənin böyüdülməsinə nail olmaq üçün real şanslar var.
Alış-veriş üçün əlverişli gündür. Biznes və ya kommersiya ilə məşğulsunuzsa, aktivləşin.
Günün ikinci yarısında yaxınlarınızın, qohumlarınızın dəstəyinə bel bağlaya bilərsiniz.
Yaxın ətrafınızdakı insanlar ideya və niyyətlərinizi tam anlamasalar da, sizə kömək etməyə hazırdırlar. Təşəbbüskar olun. Yaşamınızda müsbət dəyişikliklər edə bilərsiniz.
Sevdiyiniz insanla münasibətlərə yeni ruh bəxş edin.
 
Şir - yaşamın gərdişinə sevinmək üçün mühüm qələbələr və ya köklü dəyişikliklərə ehtiyac yoxdur.
Özünüzü bəxtəvər hiss etmək üçün kiçik məqam, ilk baxışdan əhəmiyyətsiz detal yetərlidir. Yaşam potensialı səviyyəsi yüksək olduğundan ifrat yorğunluq hiss etmədən çalışa bilərsiniz.
Ən ürkək insanlar belə, yanınızda özlərini əmin hiss edirlər. Bədbinlərdə ruh yüksəkliyi yaratmağa çalışın.
Günün ikinci yarısı qohumlarla təmaslar üçün uğurlu zamandır. Onlar sizin diqqətinizə möhtacdırlar. Axşam saatlarında normal istirahət edin.
 
Qız - gün ciddi problemlər vəd etməsə də, yaranan çətinlik sizə əsl fəlakət təsiri bağışlaya bilər.
Yaxın ətrafınızdakı insanlar arasında sizə dəstək verməyə, ruhdandırmağa hazır insanlar var. Taleyin gərdişinin qəddinizi əyməməsi üçün dəyanətli, səbrli və vüqarlı olun.
Əks cins mənsubu ilə ünsiyyət zamanı sayıq olun. Səmimiyyət pərdəsinin arxasında məkr daldalana bilər.
Günün ikinci yarısında sayıq davranın. Əlverişli şəraitdən yararlanaraq çoxdan bəri can atdığınız məqsədə çatmaq üçün sürətlə irəliləyin. Niyyəti reallaşdırın, cəsur planları xəyallar müstəvisindən çıxarın.
Sevdiyiniz adama üz tutsanız, o, sizə yardım edəcək.
 
Tərəzi - günün ilk yarısı uğurlu keçəcək. Çətin işləri asanlıqla başa vuracaq, planlarınızı reallaşdıracaqsınız.
Risk etməkdən, həmişəki kimi davranmamaqdan çəkinməyin. Ənənəvi, adi davranışı dəyişməklə parlaq nəticələr əldə edə bilərsiniz.
Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Yeni yaranan ideyaların bəzilərini yaxın vaxtlarda həyata keçirmək üçün gərəkli səyləri göstərin.
Günün ikici yarısında mənfi təmayüllərin təsiri güclənir.
Planlar alt-üst ola bilər. Etibar etdiyiniz və bel bağladığınız insan etimadı doğrultmayacaq.
Maliyyə itkiləri istisna deyil. Alış-verişdə aldığınız əşya sonradan sizi təəssüfləndirə bilər.
 
Əqrəb - hansısa iş düz gətirməsə belə, kefinizi pozmayın. Nikbin və inadkar olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
İndiyədək münasibətlərinizin rəvan olmadığı insanlarla dil tapmağa çalışın. İşgüzar danışıqlar uğurla keçəcək.
Yeni müttəfiqlər tapa bilərsiniz. İşgüzar tərəfdaşlar - əgər istəsəniz - əsl dosta çevrilə bilərlər.
Yeni biliklər, bacarıqlar, təcrübə əldə etmək üçün əlverişli zamandır.
Yaxınlarınızla münasibətlərinizi harmonik edin. Sevdiyiniz insanı sevindirməyin yolunu tapın.
 
Oxatan - xoşagəlməz gündür. Ciddi problemlər yaranmasa da, kiçik maneələr və sədlər istisna deyil. Adi günlərlə müqayisədə texnika və avadanlıq daha tez-tez sıradan çıxır.
Anlaşılmazlıq və ixtilaflar planları vaxtında reallaşdırmağa mane olur
Sənədləşdirmə, gərəkli imzaların əldə olunmasında yaranan müşkülləri mümkün qədər tez çözün.
Günün ikinci yarısı neqativ emosiyaların xüsusilə güclü olduğu zamandır. Bu səbəbdən də çətin olmasına rəğmən, ətrafınızdakı insanlarla mübahisə və münaqişələrdən çəkinin.
Maliyyə işlərində ehtiyatlı olun. Şübhəli anlaşmalara qatılmayın, düşünülməmiş şəkildə alış-veriş etməyin.
Məişət problemləri dərin quyu təsiri bağışlasa da, qətiyyətli olun. Yaxınlarınızla mübahisə etməyin.
 
Oğlaq - gün əlverişsiz və uğursuz təsir bağışlaya bilər. İşdə və evdə ciddi problemlərin yaranması istisna deyil. İnadkarlıq, güzəştləri birmənalı rədd etməyə hesablanmış davranış pis nəticələr verə bilər.
Çoxsaylı münaqişələrin səbəbkarı olmayın. Dövlət qurumlarına baş çəkməyin. Sənədləşdirmə ilə bağlı çətinliklər yarana bilər.
Günün ikinci yarısında diqqəti cəmləmək çətindir. Planlaşdırdığınız işləri unutmayın, gərəkli əşyaları itirməyin. Maliyyə itkiləri, uğursuz alış-veriş ola bilər.
Axşam saatlarında səhhətinizə fikir verin.
 
Dolça - günün ilk yarısı yetərincə uğurlu deyil. Başqalarının fikirləri və mövqelərini rədd etməyin.
Bəzən səhv etdiyinizi anlayın. Tənqid və qeydləriniz çoxlarını qıcıqlandırır. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Yeni işlərə, xüsusilə də izafi diqqət tələb edən işlərə başlamayın.
Günün ikinci yarısında başağrısı, habelə göz ağrıları istisna deyil.
Bir qədər sonra əhvalınız yaxşılaşacaq. Qüvvə və enerjini hiss edirsiniz.
Səfərlər, o cümlədən planlaşdırılmamış səyahət pis alınmır.
Təmir və ya tikinti üçün əlverişli gün deyil.
 
Balıqlar - yaşanan olaylar planları dəyişməyə vadar edir. Atılacaq addımları götür-qoy etməyə, sakit düşünməyə vaxt qalmır.
İntuisiyanızın siqnalları dəqiq deyil. Sonradan fəsadlarının aradan qaldırılmasına çox vaxt sərf ediləcək səhvlər etməyin.
İşgüzar danışıqlar gərgin keçəcək. Tərəfdaş və şəriklərlə münaqişələr istisna deyil.
Məişət qayğıları sizi işdən ayırmamalıdır.
Axşam saatlarında hətta dost məclisində özünüzü tənha hiss edə bilərsiniz. Yaşamda dərhal nəyisə dəyişmək istəyi düşünülməmiş addımlar atmağa sövq etməməlidir.
Mənbə: Milli.Az
25 sentyabr 2013
GO BACK