Qadin.NET / 450 min avroluq Mercedes

450 min avroluq Mercedes

 

Mercedes-Benz G63 AMG 6x6 üç oxlu yolsuzluq avtomobilinin qiymətini elan etdi. Doğma Almaniyada model 379 000 avroya (vergilərlə – 451 010 avro) təklif ediləcək. Şirkət ildə bu avtomobildən 20-30 nüsxə və istisnasız olaraq sol sükan variantında yığmağa hazırlaşır. Şimali Amerika bazarında – ABŞ-da, Kanadada və Meksikada – avtomobil satışa çıxarılmayacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mercedes G63 AMG 6x6 544 a.g. və 758 Nm hasil edən 5,5-litrlik biturbo V8 və fırlanma anını altı təkərin hamısına ötürən 7G-Tronic transmissiya ilə təchiz edilir. 100 km/saata qədər sürətlənmə 6 saniyə çəkir. Yolsuzluq avtomobilinin qabaritləri – 5875x2110x2280 millimetr, yoldan ara məsafəsi – 460 millimetrdir. 37 düymlük təkərlər praktik olaraq istənilən yolsuzluq şəraitinin öhdəsindən gəlməyə imkan verir.

İlk alıcılar öz maşınlarına növbəti ilin başlanğıcında sahib olacaqlar.
Mənbə: Milli.Az
25 sentyabr 2013
GO BACK