Qadin.NET / Yaponlar virtual valyuta buraxdılar

Yaponlar virtual valyuta buraxdılar

 

Infobip beynəlxalq mobil texnologiyalar və ödənişlər provayderi Yaponiya bazarının həm yerli, həm də beynəlxalq kontent provayderləri üçün nəzərdə tutulan ¥Coins virtual valyutasının dövriyyəyə buraxılmasını bəyan edib. 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ¥Coins valyutasının dövriyyə buraxılması sayəsində Infobip iştirak etdiyi Yaponiya bazarında bu növ xidmət təklif edən ilk beynəlxalq ödəniş provayderi olub.
Mobil və ya onlayn istifadəçilər virtual valyutanı birbaşa mobil billinq vasitəsilə əldə edə bilərlər. Bu halda lazımi məbləğ müştərinin mobil hesabından çıxılır. Bu xidmətdən Yaponiyanın bütün mobil operatorlarının şəbəkəsində istifadə etmək mümkündür. Bundan başqa, hesaba pul yatırılması üçün oyun kartları da ödəniş vasitəsi kimi qəbul olunur.
Qeyd edək ki, Infobip ¥Coins servisini sentyabrın 19-22-də Tiba şəhərində keçirilən Tokyo Game Show sərgisində təqdim edib.
Mənbə: Milli.Az

 

24 sentyabr 2013
GO BACK