Google şirkəti istifadəçilərin internetdəki fəaliyyətini izləmək üçün yeni sistemlə maraqlanır. Dünyanın ən böyük axtarış sistemi anonim identifikator (AdID) yarada bilər və o, istifadəçilərə öz məlumatları üzərində daha böyük nəzarət imkanı, eyni zamanda elan verənlər üçün istifadiçilərə daha effektiv kontekst reklamı nümayiş etdirmək imkanı yaradacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda istifadəçinin internetdəki fəallığını təhlil etmək üçün cookie fayllardan istifadə olunur. Brauzerdə saxlanılan kiçik mətn fraqmentləridir və elan verənlərə elanlarını konkret auditoriyaya hədəfləməkdə kömək edir. Bu zaman axtarış sorğularının tarixi, ziyarət edilən saytlar və s. əsas götürülür.
Cookie fayllara qarşı əsas iddia ondan ibarətdir ki, onlar məxfi informasiyanı (məsələn, insanın əsl adını) aşkar edə və onu marketoloqlara verə bilər. Güman edilir ki, AdID identifikatorlar istifadəçiyə sözügedən məlumatları qadağan etməyə imkan verəcək.
Mənbə: Milli. Az