Qadin.NET / Qoca xanımlar: "Ən çevik qızlarıq"

Qoca xanımlar: "Ən çevik qızlarıq"

 

Qoca xanımlar: "Ən çevik qızlarıq"

ABŞ-ın Arizona ştatında dünyanın ən yaşlı çirlidinq qrupu var. 1979-cu ildən bəri fəaliyyətdə olan "The Sun City Poms" ("San Siti İngilisləri") olan qrupun tərkibindəki xanımların tam əksəriyyəti 34 ildən bəri çirlidinqlə məşğul olur. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Arizona ştatının Feniks şəhərindəki "The Sun City Poms"un üzvləri londonlu fotoqraf Todd Entoninin yeni seriyasının qəhrəmanlarıdır. Bu təqaüdçü xanımlar yaşlarına meydan oxuduqlarını, ştatın ən çevik və qıvraq "qızları" olduqlarını deyirlər. Qrupdakı "ən gənc" xanımın 55 yaşı var.

 

Mənbə: Milli.Az
24 sentyabr 2013
GO BACK