Qadin.NET / Google özünü yeniləyəcək.

Google özünü yeniləyəcək.

 

Google axtarış sistemi əsas səhifəsini yeniləyib. Belə ki axtarış sisteminin loqosu, həmçinin naviqasiya paneli dəyişdiriləcək. Bu barədə sentyabrın 19-da Google Searchün rəsmi bloqunda məlumat dərc olunub. ICTnews.az elektron xəbər xidməti lenta.ru saytına istinadən bildirir ki, yazıya əsasən, qara rəngli naviqasiya paneli əsas səhifədən çıxarılacaq. Bundan sonra Googleun bütün tətbiqləri (Youtube, xəritə, disk, poçt, xəbərlər və sairə) bir yerdə birləşdiriləcək: müvafiq ikonka axtarış sisteminin əsas səhifəsinin sağ üst hissəsində yerləşəcək. Sözügedən yeniliklər bir neçə həftə ərzində həyata keçiriləcək və həm saytın standart versiyası, həm də iOS və Android üçün şirkətin mobil tətbiqlərində istifadəyə veriləcək.

Milli.Az

25 sentyabr 2013
GO BACK