İngiltərə mediasında iki yeniyetmənin hərəkəti müzakirə olunur. Onlar Uelsdəki Ril şəhərində yerləşən Frid Bric körpüsünün üzərinə dırmaşaraq həyatlarını ölümcül riskə atıblar. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kluyid çayının üzərindəki bu körpüdə, körpünün gediş-gəliş hissəsindən 14 metr hündürlükdəki tağa dırmaşan yeniyetmələr bütün xəbərdarlıqlara rəğmən, aşağı düşməyiblər. Onların dediklərinə görə, cəsarətli olduqlarından "adrenalin axtarışı"na çıxıblar. Media isə bu gənclərin hərəkətini "axmaqlıq" kimi dəyərləndirib. Yeniyetmələrlə bağlı olayı fotoqraf Ceff Ebbot çəkib.
Mənbə: Milli.Az