Qadin.NET / İstismar müddətini başa vuran avtobuslar yığışdırılır

İstismar müddətini başa vuran avtobuslar yığışdırılır

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlaxın kəndlərinə işləyən, istismar müddətini başa vurmuş avtobusların yeniləri ilə əvəzlənməsi gözlənilir. Yevlax 5 saylı Regional MMC-nin mütəxəssisi Nizami Həsənovun sözlərinə görə, bu, oktyabr ayınadək baş verəcək. İstismar müddətini başa vuran köhnə avtobuslar isə yığışdırılacaq. Sürücülər də istismar müddətini başa vuran avtobuslarla əhaliyə xidmət göstərsələr də, bunun qənaətbəxş olmadığını deyiblər. 
Köhnə avtobuslardan istifadə etmək məcburiyyətində olan sakinlər isə bildirirlər ki, yenilənəcək nəqliyyat vasitələri günorta saatlarınadək deyil, günün sonunadək işləsə, onların gəliş-gediş işini daha da asanlaşdırar.

Mənbə: Milli.Az

24 sentyabr 2013
GO BACK