Qadin.NET / Balanın ana sevgisi: kövrək hekayət

Balanın ana sevgisi: kövrək hekayət

 

Çjan Roksian 2010-cu ildə avtomobil qəzasına düşəndən sonra təcili yardımla xəstəxanaya aparılanda huşsuz idi. Xəstəxanada həkimlər onu ayılda bilmədilər. Üstəlik, ilkin müayinə qadının hamilə olduğunu göstərdi.
Koma vəziyyətində olan Çjan bir il xəstəxananın intensiv terapiya bölməsində qaldı. O, yatırdı, aramla nəfəs alırdı. Amma eşitmir, görmür, duymurdu. Gözləri də bağlı idi hamilə qadının.
Milli.Az Yangtze Evening Post-a istinadən bildir ki, bir il sonra həkimlər qadının oğlu Qao Qianbonu palataya gətirdilər. Oğlu anası ilə danışmağa başladı.
Bir il də keçdi.
Qao yenə palataya girdi, anasına yaxınlaşıb onun əllərindən tutdu:
- Ana, ay ana! Mənəm, ayıl. Aç gözlərini, ana! Nə olar, ana, aç gözlərini....
Qao ağlayırdı.
Qəflətən o, durdu. Qao anasına baxırdı.
Çjan ayılmışdı. Gülümsəyirdi.
... Qao üç ay əvvəl oyanmış anasını indi gündə üç dəfə yemləyir. Çjan komadan ayılandan sonra iflic vəziyyətdədir. O, əllərini və başını tərpədə bilmir. Yalnız ağzı, dodaqları və boğazı tərpənir.
Çjan da yeməyi çeynəyir, sonra çeynədiyi yeməyi anasının ağzına qoyur. Eynən ana quş balasını yemləyən təki.
3 il əvvəl, Çinin Szyansu vilayətindəki Şuyan şəhərinin sakini Çjan Roksian işdən evə qayıdarkən onun olduğu maşın yoldan çıxmış, qayaya çırpılmışdı.
Sürücü hadisə yerindəcə həlak olmuşdu. Maşındakı üç sərnişindən yalnız Çjan sağ qaldı.
Amma huşsuz, koma vəziyyətində.
Hamilə Çjanın həyatını xilas etməklə yanaşı, onun bətnindəki körpəni ölümdən qurtarmaq gərəkdi.
Şuyan mərkəzi hospitalının həkimləri möcüzəyə nail oldular, komadakı hamilə qadının doğuşunu gerçəkləşdirdilər.
Qao Qianbo beləcə doğuldu.
Çjanın əri Qao Dejin deyir: "O, qəzaya düşəndə həyatım çökdü sanki. Ölmək istəyirdim. Amma sonra həkimlər deyəndə ki, arvadımın bətnindəki oğlumu xilas ediblər - göz yaşlarımı silib gülümsədim. İndi Çjanım və oğlum yanımdadır. Çjan yatağa məhkumdur. Olsun, buna görə də Tanrıya şükür edirəm. Mənə nəfəsi, həniri yetər. Həyatımın sonunadək onun qullğunda duracağam. Qaonun gülümsəməsi mənə bəsdir".
Çjan indi evindədir. Əri və oğlu qulluğunda durub iflic qadının.
Və hər gün səhər, nahar və şam yeməklərində Qao anasını yemləyir.
Ana quş balasını yemləyən təki...
Mənbə: Milli.Az
24 sentyabr 2013
GO BACK