Qadin.NET / Nə qadını 3 yaş daha cavan göstərir?

Nə qadını 3 yaş daha cavan göstərir?

 

Elə bilirsiniz ki, daha cavan görünmək üçün plastik cərrahlara ətəklə pul tökmək lazımdır? Qətiyyən belə deyil! Əslində, cavan qalmaq və cazibədar görünmək öz əlimizdədir. Necə? Bunu ancaq yazını oxuduqdan sonra öyrənə bilərsiniz.
Makiyaj vərdişlərini dəyişdirin
İnsan dəyişiklik edəndə özünü daha gənc hiss edir. Rəngli nəmləndircilər dərinin parlaq və daha gənc görünməsinə yardım edir. Dodaqlar zamanla təbii dolğunlunu itirir. Bu zaman iki qat parladıcı çəkməklə problemi aradan qaldıra bilərsiniz.
Yuxu rejimi
Yuxu əskikliyi insan ömrünü qısaldır. Həm də daha tez qocalmaya səbəb olur. Xroniki yorğunluqdan sonra hormonlar işləmir və obez, depressiya kimi müxtəlif xəstəliklərlə mübarizə apara bilmir. Günün verdiyi gərginliyi azaltmaq üçün normal yuxu rejiminə əməl edin.
Qırmızı təsir
Qarpız, çiyələk və pomidor kimi qırmızı qidalar qocalmanı gecikdirir. Qarpız və pomidor anti-aging (yaşlama əleyhinə) xüsusiyyətlərinə sahib olduğu üçün güclü antioksidant hesab olunur.
Gülüş
Süni təbəssümdən bəhs etmirik! Aparılan araşdırmalara görə adi gülüş insanı olduğundan 3 yaş daha cavan göstərir.
Açıq tonlar
Tünd və qırmızı tonlar bütün diqqəti əllərə toplayır. Günəş və dəri ləkələriinin bilinməməsini istəsiryisinizsə, üstünülüyü açıq dırnaq boyalarına verin.
Əyləncəli idman növləri
İdmanın insanı gümrah etdiyini hamımız bilirik. Amma əyləncəliyi idman növlərinin təsiri daha güclüdür. İdmanla məşğul olmaq sizə əziyyət kimi görünməsin. Qaçmağı sevmirsinizsə, yoqanı sınaqdan keçirin. Yoqanı xoşlamırsınızsa, aerobika ilə məşğul olun. 
Günəş qoruyucuları unutmayın
Bunu dəfələrlə desək də, qadınların çoxu günəş qoruyucu kremləri çəkməyə tənbəllik edir. Bu kremlərin dəri üçün nə qədər əhəmiyyətli olduğunu, unutmayın. Buludlu günlərdə belə günəş əleyhinə nəmləndirici krem çəkməmiş evdən çıxmayın.
Bir az fasilə…
Çılğın və gülməli videolara baxanda qəhqəhəyə boğuluruq. Beləcə həm stress azalır, həm də əhvalımız gün boyu əla olur. Maraqlı videolara baxaraq bir az əylənin!
Gəzin!
Aparılan araşdırmalarda məlum olub ki, sosial çevrəsi geniş insanlar özünü daha gənc hiss edir. Dostalrınızı toplayıb bir axşam gəzintisinə çıxın, əylənin, deyin, gülün və yeni insanlarla tanış olun... Bu həm də özgüvəni artırır. 
Siyahı tutun!
Etməyi düşündüyünüz o qədər fəaliyyət növü var ki… Lakin heç cürə vaxt tapa bilmirsiniz. Qələm, vərəq alıb siyahı tutun. Arzularını həyata keçirmək üçün vaxt müəyyən edin.
Mənbə: Publika.Az

 

24 sentyabr 2013
GO BACK