Qadin.NET / Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi

Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi

 

Microsoft şirkəti ötən gün Surface planşetlərinin ikinci nəslini təqdim edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verr ki, ikinci nəsil planşetlərə iki qurğu - Surface Pro 2 və Surface 2 daxildir.

Birinci qurğu Haswell sistemi ilə işləyən Intel prosessoru ilə təmin edilib və Windows 8.1 Pro əməliyyat sistemi ilə çalışır. İkincisi isə ARM çipi ilə təchiz edilib və Windows 8.1 əməliyyat sistemi ilə işləyir.
Surface Pro 2-nin sürəti 20%, qrafika əməliyyatlarının sürəti isə 50% artıb.
Şirkət əmin edir ki, bu planşet müasir notbukların 95%-dən sürətli işləyir. Bu planşetlərlə 6K genişliyində videoları redaktə etmək mümkündür.
Hər iki planşet noyabrın 22-dən etibarən satışa çıxarılacaq. Surface Pro 2 64, 128, 256 və 512 geqabayt yaddaş diskləri ilə təchiz ediləcək və qiyməti ABŞ-da 899 dollar olacaq. Surface 2 isə 32 və 64 geqabayt yaddaş diskləri ilə təklif ediləcək və qiyməti ABŞ-da 449 dollar olacaq.
Mənbə: Milli.Az

24 sentyabr 2013
GO BACK