Milli.Az İslam.az-a istinadən bildirir ki, ümumiyyətlə, pişiyə toxunmaq insanı murdar etməz. Amma diqqət yetirmək lazımdır ki, pişiyin ağzının suyu insanın əlinə ya bədəninə dəysə, pak etməyincə və ya ləkə quruyub ovulmayınca, namaz qılmaq olmaz. Eləcə də, əgər pişiyin tükü insanın bədəninə ya paltarına yapışsa, qıldığı namaz batil olar. Buna görə də evdə pişik saxlamaq məsləhət görülmür, çünki evdəki namaz qılanlar üçün çətinliklər yaranır. Pişik adətən divanın ya kreslonun üzərində yatır, sonra adam həmin yerdə oturanda tüklər onun üzərinə yapışır. Bu paltarda qılınan namaz da batil olur.
Mənbə: Milli.Az