Yeni doğulan uşağın ağlması təbiətdə baş verən ən gözəl hadisələrdən biridir. Buna görə də yeni doğulan uşaqların ağciyərinin yetəri qədər açılması üçün ağlmağa ehtiyacı var. Türkiyənin professoru və həkim Ali Acar "kadinvekadin.net" saytına körpənin ana qarnında ağciyələrinin qapalı olduğunu deyib. Körpənin doğmazdan əvvəl də nəfəs alıb-vermə hərəkətləri etdiyi lakin ağciyərlər qapalı olduğu üçünbu hərəkətin sadəcə “kotsal əzələlər” deyilən qabırğalar arasındakı əzələlərin inkişafını təmin etdiyini, bu sayədə körpə doğulduqdan sonra nəfəs almağa hazır olduğunu bildirib.
Uşağın ağlamaması normal haldırmı?
Doğuşdan əvvəl ağciyərlərin vəzifəsini, göbək kordonu yolu ilə ana yerinə yetirir. Uşaq dünyaya gəldikdən sonra göbək bağı bağlanır və ana ilə əlaqəsi kəsilir. Yeni doğulan uşaq doğulan kimi təxminən başıaşağı vəziyyətdə tutulur. Bu olaydan sonra körpənin qapalı ağciyəri açılmağa başlayır. Bu isə ağrılı keçən prosesdir. Yeni doğulan uşaq ilk tənəffüs hərəkəti ilə ağlamağa başlayır. Uşağın ağlamasının əsas səbəbi ağciyərlərinin açılmasından dolayı hiss etdiyi ağrılarla bağlıdır. Uşaq ağladıqca ağciyəri daha çox açılır. Uşağın ağlaması da ağciyərlərin açılmasını sürətləndirir. Yetəri qədər, ya da heç ağlamasa, ağciyərlər lazimi qədər açılmır. Bu zaman isə həkimlərinm müdaxiləsinə ehtiyac ola bilər. Buna görə də uşağın ağlamaması təhlüklə siqnalı ola bilər.
Mənbə: Publika.Az