Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöl rayonunda vaxtilə almanlar yaşayan küçələr qoruq olacaq. Artıq bununla bağlı bütün işlər başa çatıb. Rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində 19-cu əsrdə almanlar tərəfindən salınmış 5 küçənin abadlaşdırılması yekunlaşdırılıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın bildirdiyinə görə, artıq həmin küçələrin qoruq kimi qeydiyyata alınması üçün müvafiq dövlət orqanlarına yazılı müraciətlər göndərilib.
Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova:
“Əslində bu istiqamətdə bir neçə ildir ki, işlər aparılır. Biz bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazırliyinə müraciət eləmişik. Onlar da, öz növbəsində, Nazirlər Kabinetinə müraciət edib. Bu istiqamətdə də işlər aparılır. Yaxın vaxtda bu şəhərin qoruq olması başa çatmalıdır”.
Mənbə: Milli.az