Qadin.NET / Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən körpənin yaxınlarına kömək edib

Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən körpənin yaxınlarına kömək edib

 

 

Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən 11 aylıq Azərbaycan vətəndaşının yaxınlarına hər cür kömək edib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirilən brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib:

"Baş konsulluq uşağın meyitinin İrandan çıxarılması üçün bütün sənədləri hazırlayıb və onun Vətənə göndərilməsinə yardım edib".

E.Abdullayev bildirib ki, Baş konsulluğun məlumatına görə, körpə sentyabrın 22-də ağciyər çatışmazlığından ölüb.

 

Mənbə: Trend.az

23 sentyabr 2013
GO BACK