Qadin.NET / “Aztəminatlı ailələrə məktəbli formaları pulsuz verilir”

“Aztəminatlı ailələrə məktəbli formaları pulsuz verilir”

 

“Aztəminatlı ailələrə məktəbli formaları pulsuz verilir”

“Rayon və şəhərlərdə icra hakimiyyəti orqanları (nümayəndəlikləri) tərəfindən aztəminatlı ailələrdən olan müəyyən uşaqlara pulsuz məktəbli forması verilir”. Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Nazirlik həmçinin bu il  dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alacaq neçə  məcburi köçkün ailəsindən olan tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilməsinə də aydınlıq gətirib. Bildirilib ki, tədris ili yeni başladığı üçün nazirlikdə cari ildə ali təhsil müəssisələrinə qəbul olmuş və təhsil haqqından azad olan məcburi köçkünlərin, valideyni olmayan və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı barədə məlumat yoxdur. Qeyd olunan məsələ ilə bağlı ali təhsil müəssisələrinə müvafiq sorğu göndərilib. Nazirlik 2013/2014-cü il tədris ilində dərsliklərin azaldılması ilə bağlı sualı da cavablandırıb. Qeyd olunur ki, dərsliklər tədris planında nəzərdə tutulan fənlər əsasında hazırlanır və bu fənlərdə azalma nəzərdə tutulmadığından dərsliklərin azaldılması da gözlənilmir.

Mənbə: Publika.Az
23 sentyabr 2013
GO BACK