Qadin.NET / Tanış olun: milyonçulara dərs verən dilənçi

Tanış olun: milyonçulara dərs verən dilənçi

 

Onun adı Dobrı Dobrevdir. 98 yaşı var.

Milli.Az AHT-yə istinadən bildirir ki, Bolqarıstanın paytaxtı Sofiyadan 10 km aralıdakı kiçik kənddə yaşayır.
Hər səhər kənddən Sofiyaya piyada yollanır. Əynində özünün tikdiyi nimdaş, köhnə-küləş paltarlar var.
Bütün günü dilənir, sonra yığdığı pulları tarixi əsərlərin bərpası və uşaq evlərinin xərclərinin ödənməsinə xərcləyir.
Ayda 80 avro təqaüd alan Dobrı Dobrevin sadəcə, uşaq evlərinə indiyədək ən azı 40 min avro bağışladığı deyilir.
Mənbə: Milli.Az
23 sentyabr 2013
GO BACK