Qadin.NET / Payızda hansı saç rəngləri dəbə minəcək?

Payızda hansı saç rəngləri dəbə minəcək?

 

Kürənlər – Payızın ən dəbdə olacaq saç rəngi narıncı tonlardır. Stilində böyük dəyişiklik etmək istəyənlər bu saçını bu rənə boyaya bilər. 
Qəhvəyi – Miranda Kerrin mütəmadi olaraq istifadə etdiyi saç rəngi qəhvəyi tonlarıdır. Qəhvəyi rənglə saçınız payızda mükəmməl görünəcək. 
Sarılar - Beyonce, Miley Cyrus, Charlize Theron və Evan Rachel Wood kimi platin sarıları da dəbdə olacaq. Payızda daha seksual görünmək istəyirsinizsə, saçınızı qısa kəsdirib sarıya  oyadın. 
Yumşaq tonlar – Payız mövsümündə ciddi dəyişiklik etmək istəmirsinizsə, yumşaq tonlara müraciət edin. Victorias Secretin tanınmış modeli Adriana Lima kimi saçınıza yumşaq tonlar ata bilərsiniz. 
İki rəng – Saçınızın iç tərəfinə açıq rəng çəksəniz, üz cizgiləriniz daha aydın görünər və daha yaxşı vurğulanar. Bu model stilinizə təbiilik əlavə edəcək.
Mənbə: Publika.Az

 

23 sentyabr 2013
GO BACK