Meksikanın "Körfəz karteli" təşkilatı "İnqrid" qasırğasından əziyyət çəkən insanlara yardım edir. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "İnqrid" və "Manuel" qasırğaları Meksikanın Atlantik və Sakit okean sahillərindən ölkəyə daxil olub.
Təbii fəlakət nəticəsində ölənlərin sayı artıq 100 nəfərə çatıb. Bu rəqəmin artacağı ehtimal edilir. 240 min nəfərin əmlakına ciddi ziyan dəyib.
Qasırğadan bu və digər formada əziyyət çəkənlərin sayı 1,2 milyon nəfərə çatıb.
Narkokartel bazar günü sosial şəbəkələrdə təbii fəlakət qurbanlarına yardım etdiklərini əks etdirən videolar yerləşdirib.
Videoçarxlarda təbii fəlakət qurbanlarına yardım etməyən hökumətə də replikalar atıblar.
Mənbə: Milli.Az