Qadin.NET / Bir türk serialı da yarımçıq bitir

Bir türk serialı da yarımçıq bitir

 

 

Türkiyənin Kanal D telekanalında yayın əvvəlində nümayişi başlanan "Güzel çirkin" serialı bu gün başa çatır.

 

Milli.Az AHT-yə istinadən bildirir ki, baş rollarda Ali Sunal və Naz Elmasın oynadıqları serialın sonuncu, 13-cü seriyası bu axşam göstəriləcək.
Yay aylarında reytinqlərdə yüksək yerlərdə duran "Güzel çirkin" yeni mövsüm başlayanda vaxtını dəyişmiş, yerli vaxtla 23.00-a salınmışdı.
Bu səbəbdən də serialın reytinqi xeyli aşağı düşüb.
Mənbə: Milli.Az

 

23 sentyabr 2013
GO BACK