Londonun şimalındakı Finsberi Park səmtindəki istirahət zonasında baş verən tragikomik olayı londonlu polislər və yanğınsöndürənlər uzun zaman unutmayacaqlar. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, parkdakı yelləncəklərdən birinə oturan və yellənmək istəyən yeniyetmə qız "əsir" qalmışdı. Yelləncək 2-7 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdu və təbii ki, oturacağı da müvafiq ölçüdə idi. 16 yaşlı yeniyetmə qız isə zorla, birtəhər həmin yelləncəyə oturub, yellənməyə çalışıb. Fəqət, oturacağa pərçimləndiyini anlayanda yardıma adam çağırmağa başlayıb. Sonra o, yanğınsöndürmə xidmətinə zəng vurub. Hadisə yerinə 3 yanğınsöndürmə maşını gəlib. 12 yanğınsöndürən 15-20 dəqiqə çalışaraq qızı çətinliklə xilas ediblər.
Mənbə: Milli.Az