Qadin.NET / Sudan burun və gözə girərək beyni yeyir

Sudan burun və gözə girərək beyni yeyir

 

ABŞ-ın Luiziana əyalətində, avqust ayında 4 yaşındakı bir uşağın ölümünün ardından beyin yeyən amoeba dəhşəti yaşanır.
Səlahiyyətlilər, New Orleans şəhərindəki St. Bernard bölgəsində bir su qaynağında olan ölümcül AMİP-in haradan gəldiyini tapmağa çalışır.
Bölgə xalqının üzünü belə yumaqdan qorxduğu, şüşə suyu satışlarında isə böyük artım olduğu ifadə edildi.
AMİP burun ya da gözdən girərək beynə çata biləcəyinə diqqət çəkən Louisiana Əyalət Sağlamlıq Təşkilatı mütəxəssisləri xəbərdarlıq edib.
AMİP, 4 yaşındakı Mississipili bir uşağın bölgəni ziyarət etdikdən sonra avqust ayında həyatını itirməsi ilə ortaya çıxmışdı.
ABŞ-da 1962-ci ildən bu yana 132 adamda Naegleria AMİP-inə rast gəlinmişdi. Hamısı ölümlə nəticələnən hadisələrdən 2-si 2011-ci ildə Louisianada görülmüşdü.

 

 

Mənbə: Simsar.az

22 sentyabr 2013
GO BACK