Qadin.NET / Amerikanın 3 varlı qadını – Subaydılar

Amerikanın 3 varlı qadını – Subaydılar

 

 

Amerikanın 400 varlı adamının siyahısında 48 qadın var. “Forbes” jurnalının bu yöndə yeni tərtibatına əsasən ötən illə müqayisədə milyader amerikalı qadınların sayı artıb. Belə ki, ötən il onların sayı 45 olub.
Publika.Az “Forbes”ə istinadən bildirir ki, qadınlar Amerikanın ən varlı adamlarının siyahısında 12 faiz təşkil ediblər. Onların əksəriyyəti sərvətlərini ya atalarından, ya da ərlərindən miras alıblar. Cəmi yeddi qadın biznesini özü və ya əri ilə birlikdə qurub.Onu da bildirək ki, siyahıya Wal-Mart şəbəkəsinin varisi Kristi Uolton rəhbərlik edir -35,4 milyard dollar sərvətlə. İkinci yer də Uoltonlardadır. Bu, Wal-Mart -ın digər varisi Elis Uoltondur- 33, 5 milyard dollar səvətlə. 3-cü yer isə “Mars” şokaladlarının sahibi Jaklin Marsdadır. Jaklin “Mars” sayəsində 20,5 milyard dollara sahiblənib. Bir məqamı da vurğulayaq ki, siyahının ilk üçlüyü ailə vəziyyətinə görə subaydırlar.

 

 

Mənbə: Publika.az

22 sentyabr 2013
GO BACK