Qadin.NET / Filippin qasırğanın əsirinə çevrilib

Filippin qasırğanın əsirinə çevrilib

 

Filippində tüğyan edən tufan fəlakəti rabitə xətlərini sıradan çıxarıb. Filippində davam edən təbii fəlakət nəticəsində 2 nəfər ölüb, iki nəfər isə itkin düşüb. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, davam edən tufan ilin ən şiddətli fəlakətidir. 

Təbiət şıltaqlığı nəticəsində adanın şimalındakı elektrik xətləri sıradan çıxıb. Güclü fırtına ağacları kökündən qopararaq rabitə sisteminə ciddi ziyan vurub. Mobil telefon əlaqəsi kəsilib. Bildirilir ki, dalğalar o qədər nəhəng və şiddətli olub ki, təsirdən bir neçə qayıq suda çevrilərək aşıb.

Mənbə: Milli.az

 

22 sentyabr 2013
GO BACK