Qadin.NET / Meksikada 5,4 bal gücündə zəlzələ olub

Meksikada 5,4 bal gücündə zəlzələ olub

Meksikanın şimalındakı Çiuaua ştatında 5,4 bal gücündə zəlzələ olub. 
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat hələlik daxil olmayıb.   
Milli seysmoloji xidmətin məlumatına görə, yeraltı təkanların episentri Delisias şəhərindən 54 km cənub-qərbdə, 3 km dərinlikdə qeydə alınıb. Zəlzələdən az sonra 4,9 bal gücündə təkrar təkan qeydə alınıb. 
Mənbə: Publika.Az
22 sentyabr 2013
GO BACK