Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların altıncı günündə yunan-Roma güləşi üzrə 60, 84 və 96 kq çəkidə idmançılar mübarizəyə qoşulublar.
60 kq çəkidə mübarizə aparan Kamran Məmmədov ilk görüşündə Koreya güləşçisinə uduzub və mübarizəni erkən dayandırıb.
1/16 final - Seung Jae Vu (KOR) - Kamran MƏMMƏDOV (4:0)
84 kq -da mübarizə aparan Saman Təhmasibi finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Almaniya, Macarıstan, Gürcüstan və Finlandiyadan olan rəqiblərini üstələyən güləşçimiz, finalda İran təmsilçisi ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə İran güləşçisi üstün olub, Saman Təhmasibi gümüş medal qazanıb.
1/16 final - Saman TƏHMASİBİ - Yevgen Ponamarçuk (GER) (4:0)
1/8 final - Viktor Lorincz (HUN) - Saman TƏHMASİBİ (0:5)
1/4 final - Georgi Tsirekidze (GEO) - Saman TƏHMASİBİ (0:7)
1/2 final - Saman TƏHMASİBİ - Rami Hietaniemi (FIN) (6:1)
FİNAL - Taleb Nemətpur (IRI) - Saman TƏHMASİBİ (5:3)
96 kq -da Şalva Qadabadze ardıcıl olaraq Çexiya, Norveç və Belarusdan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Gərgin keçən görüşü qələbə ilə başa vuran güləşçimiz Dünya çempionatının bürünc medalını qazanıb.
1/16 final - Şalva QADABADZE - David Vala (CZE) (5:0)
1/8 final - Hamlet Nielsen (NOR) - Şalva QADABADZE (0:1)
1/4 final - Aleksandr Hrabovik (BLR) - Şalva QADABADZE (0:1)
1/2 final - Şalva QADABADZE - Nikita Melnikov (RUS) (0:3)
Bürünc medal görüşü - Norikatsu Saikava (JPN) - Şalva QADABADZE (1:2
Mənbə: Milli.Az